Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pepe Reyna yenidən Premyer Liqada

Pepe Reyna yenidən Premyer Liqada

Tarix: 14 Yanvar 2020 08:04

"Milan"ın ispaniyalı qapıçısı Pepe Reyna İngiltərə Premyer Liqasına qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı qapıçı "Aston Villa"ya keçib. Birmingem təmsilçisi təcrübəli qolkiperi mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

Reyna 2005-2014-cü illərdə "Liverpul"da 395 oyun keçirib.

Xatırladaq ki, "Milan" Reynanın əvəzində mövsümün ilk yarısını "Qarabağ"da keçirən, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus olan Asmir Beqoviçi heyətinə cəlb edib.

Milli.Az


Etiketlər:  Pepe Reyna yenidən Premyer Liqada


RƏYLƏR