Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Honda-nın yeni modeli Tokioda təqdim olundu

Honda-nın yeni modeli Tokioda təqdim olundu

Tarix: 14 Yanvar 2020 08:36

Yaponiyanın Honda şirkəti Tokyo Auto Salon 2020 sərgisində Honda CR-V Black Edition yolsuzluq krossoverini təqdim edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yolsuzluq avtomobili böyüdülmüş klirens, əlavə asqılar və iri təkər diskləri ilə sevindirə bilər. Mühəndislər yolsuzluqda rahat hərəkət etməyə imkan verən gücləndirilmiş şinləri də nəzərə alıblar. Honda CR-V Black Edition-un damında əlavə işıqlandırma bölməsi quraşdırılıb. Krossoverin kapotunun altında 193 at gücündə olan 1,5-turbinləşdirilmiş mühərrik istifadə olunur.

Yeni Honda CR-V Black Edition modeli pilləsiz variator, həmçinin tam sürücü sisteminə malikdir. Güc qurğusuna gəldikdə, yaradıcılar hələ ki, heç bir radikal dəyişiklik planlaşdırmırlar.


Etiketlər:  Honda nın yeni modeli Tokioda təqdim olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ