Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 11:04
ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin iranlı general Qasım Süleymaninin Bağdadda hava hücumuna məruz qaldığı an ərazidə olduğu ortaya çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ABŞ ordusunun əsgərləri hücumdan dərhal sonra əraziyə gedib, Süleymaninin meyitini yoxlayıb və şəkillərini çəkiblər. Bundan sonra fotolar "Fox News" kanalına ötürülüb.
İranlı generalın üzərində olan pulqabı, tapança, tüfəng və şeir kitabının fotosu paylaşılıb.
Görüntülərin Süleymaninin pilotsuz uçuş aparatından atılan raketlə vurulmasından bir-iki dəqiqə sonra onları bir kilometrdən az məsafədə izləyən ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən çəkildiyi vurğulanıb.
Raketin verdiyi zərəri dəyərləndirməklə vəzifələndirilən qrup yanan maşını və içindəki cansız bədənləri görüntüləyib və hücumun nəticəsini təsdiqləyib.
Hərbçilərin Süleymaninin telefonunu və digər elektron cihazlarını da götürmək istədikləri, lakin yanğın səbəbindən bunu edə bilmədikləri vurğulanıb.