Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 13:46
Müğənni Mustafa Sandalın öz həyatından bəhs etdiyi "Məni ağlatma" adlı kitabında aparıcı-müğənni Defne Samyeli ilə gizli eşq yaşamasını yazması qarşı tərəfi əsəbiləşdirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Defne Sandalın bu iddiasına sərt cavab verib. O, sosial şəbəkədə müğənnini məhkəmə ilə hədələyib:
"Arzu edirəm ki, Mustafa Sandal bu məsələyə aydınlıq gətirər, mən də 25 ildə cəmi 4 dəfə gördüyüm sənətçi dostumu məhkəməyə vermək məcburiyyətində qalmaram".