Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 14:16
İtaliyanın Neapol şəhərində metro qatarları toqquşub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəza şəhərin şimalında, metropolitenin yerüstü hissəsində baş verib. İnsidentdə 2 qatar iştirak edib, onlardan birində sərnişinlər olmayıb.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.