Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin baş katibi Fars körfəzindəki artan gərginliklərdən narahatdır

BMT-nin baş katibi Fars körfəzindəki artan gərginliklərdən narahatdır

Tarix: 15 May 2019 22:32

Bakı. Trend:

BMT-in Baş katibi Antonio Quttereş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatçılığı ilə Körfəz bölgəsindəki son hadisələrini izləyir.

Baş katib xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib və faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb etmək üçün gələcək istintaqa ehtiyac olduğunu vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  baş katibi Fars körfəzindəki artan gərginliklərdən narahatdır


RƏYLƏR