Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 22:12
"Əsas düşündüyümüz bütün futbolçulara şans vermək idi. Bunu da həyata keçirdik".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Antalya toplanışı çərçivəsində Macarıstanın MTK klubu ilə yoxlama matçından sonra deyib.
O, klubun saytına açıqlamasında 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Yoxlama oyununda nəticə qazanmağa köklənməmişdik. İstədiyimiz bütün futbolçuların oyun yüklənməsinə uyğunlaşması idi. Matça qarışıq heyətlə çıxmışdıq. Bunda məqsəd oyunçuları ritmə uyğunlaşdırmaq idi".