Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkda helikopter təcili eniş etdi

Nyu-Yorkda helikopter təcili eniş etdi

Tarix: 16 May 2019 01:04

Bakı. Trend:

Mayın 15-də Nyu-Yorkda helikopter Qudzon çayının sularına təcili eniş etdi.

Trend-in məlumatına görə, bu barədə "ABC" telekompaniyası bildirib.

Məlumata əsasən, Nyu-York Polis İdarəsinin gəmiləri helikopteri pirslərin birinə tərəf aparıblar. Hal-hazırda onu sudan çıxarmağa çalışırlar.

Helikopterdə olan adamların sayı barədə məlumat verilməyib.


Etiketlər:  Nyu Yorkda helikopter təcili eniş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ