Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 16:40
Bakı. Ləman Zeynalova - Trend:
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının altıncı iclası 2020-ci il fevralın 28-də Bakıda keçiriləcək.
Bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 28-də, üçüncü iclası 2017-ci il fevralın 23-də, dördüncü iclası 2018-ci il fevralın 15-də, beşinci iclası 2019-cu il fevralın 20-də baş tutub.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin