Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows 7” əməliyyat sistemi təhlükəli elan edilib

“Windows 7” əməliyyat sistemi təhlükəli elan edilib

Tarix: 16 Yanvar 2020 08:24

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ölkə vətəndaşlarını "Windows"un yeni versiyasına keçmək zərurəti haqqında xəbərdarlıq edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mərkəz öz məlumatında "Windows 7" sistemini təhlükəli kimi qəbul edir və onun istifadəsindən mümkün qədər tez imtina etməyi məsləhət görür. Mütəxəssislər bildiriblər ki, "Microsoft" yanvarın 14-dən populyar əməliyyat sisteminin dəstəyini dayandıracaq ki, bu da istifadəçilərə qarşı hücumların artmasına səbəb ola bilər. NCSC "Windows 7" surətinin sahiblərinə internet-bankinq və poçt müştəriləri xidmətlərindən istifadə etməyi tövsiyə etmir.

Mərkəz yeniləmə mümkün olmadığı halda "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüterlərdən məxfi məlumatları başqa qurğulara daşımağı tövsiyə edir. Agentlik qeyd edib ki, hakerlər 2014-cü ildən etibarən ("Microsoft" korporasiyası "Windows XP" köhnə əməliyyat sisteminin dəstəyini dayandıran kimi) bu əməliyyat sisteminə hücum variantlarını araşdırırlar.

"Microsoft"un nümayəndəsi dekabrda bildirmişdi ki, köhnə əməliyyat sisteminin yalnız korporativ istifadəçilərini dəstəkləməyə davam edəcək.


Etiketlər:  Windows əməliyyat sistemi təhlükəli elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ