Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 11:12
Yay transfer pəncərəsində "Barselona"ya keçəcəyi dəqiqləşən "Ayaks"ın yarımmüdafiəçisi Frenki De Yonq Kataloniya klubunun lideri Lionel Messidən danışıb.
Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı superulduzla görüşmək üçün səbirsizləndiyini söyləyən 22 yaşlı futbolçu oyun üslubunu dəyişməyəcəyini də bildirib:
"Məşqdə Lionel Messini görmək üçün səbirsizlənirəm. Düşünürəm ki, bütün pasları ona verəcəyəm (gülür). Oyun üslubumu dəyişməyə hazırlaşmıram. Mənə maraqlı olan necə oynamağımdır. Dünyanın ən yaxşı futbolçularından yeni nələr öyrənəcəyimi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Baraselona" hollandiyalı oyunçu üçün "Ayaks"a 75 milyon avro təzminat ödəyəcək.