Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 10:12
"Ordabası"nın baş məşqçisi Kaxaber Sxadadze Qazaxıstan mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, gürcüstanlı mütəxəssis müsahibəsində vaxtı ilə ölkəmizdə çalışıdırdığı "İnter" (indiki "Keşlə") haqda da danışıb.
"Azərbaycanda bir klubda altı il işlədim. Bu komanda ilə hər şeyi qazandıq. Hər il Avropa Liqasında çıxış edirdik. Nəticə varsa, deməli, düzgün iş gedir. İlk dəfə "Ordabası"ya gələndə klub çətin durumda idi. 2018-ci ildə məşqçilər heyəti və klub prezidenti əlmizdən gələn hər şeyi etdik.Futbolçular isə qəhrəmandırlar. Onlar 6-7 ay pul almasalar da, işlərini görməyə davam edirdilər".
Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2015-ci illərdə "İnter"i çalışdırıb.