Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: ''Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir''

Nazir: ''Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir''

Tarix: 16 Yanvar 2020 11:30

Bu gün Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdə, minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə 2-ci yerdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev əlavə edib ki, ölkədə minimum pensiya və əməkhaqqı artırılıb, vaxtı keçən kreditlərlə bağlı müəyyən addımlar atılıb, müxtəlif növ pensiya və müavinətlərin təyinatı elektronlaşdırılıb.

Onun sözlərinə görə, sosial maliyyə təminatı olmadan dayanıqlı inkişaf və ya əksinə dayanıqlı inkişaf olmadan sosial maliyyə təminatı ola bilməz.

Azərbaycan hökumətinin Prezidentin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar apardığını deyən nazir əlavə edib ki, ölkədə minimum əməkhhaqqı 92 faiz, minumum pensiya 72 faiz, bütüm müavinətlər isə 100 faiz artırılıb. Devalivasiyadan zərərçəkən borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edilib.

S.Babayevin sözlərinə görə, nazirliyin fəaliyyətinin əsas istiqamətləri BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılıb.

Nazir əlavə edib ki, Azərbaycan BMT-yə töhfə verməklə yanaşı, ondan dəstək almağa da çalışır.

Milli.Az


Etiketlər:  Nazir Azərbaycan məkanında minimum pensiya göstəricisinə görə yerdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ