Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 13:30
Bir-birini təhqir edirlər. Guya bunlar səmimidir. Çox gözəl sənətkarlar sənətimiz barədə elə sözlər deyir ki, adam utanır.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Zümrüdlə şən bazar" verilişində deyib.
O, gündəmdə olan bayağı müğənnilərin tənqid edilməsini düzgün saymayıb:
"İki nəfər səsi olmayanı ortalığa qoyub bu sözləri hamıya şamil etmək olmaz. Trendlər normaldır, bu il filankəsdi, gələn il başqasıdır. Bunlar da olmalıdır da. Tək Röyayla, muğamla səhnəni saxlamaq olmaz. Seçimləri səhv olur. İllikdirlər, gəlib keçirlər. Sənətkarlar trenddə olanlardan danışanda qulaq asmaq istəmirəm. Onlar bu gün var, sabah olmayacaq. Niyə xatirlərində pis qalaq? Adam mahnı yazdırıb, xərc çəkib, efirə çıxır. Niyə onları əzirik? Gələn il onların yerinə təzəsi gələcək. Əksinə, qoy, məni görəndə sevinsinlər".