Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Azərbaycanda ən çox hansı telefon modelləri satılıb?

Ötən il Azərbaycanda ən çox hansı telefon modelləri satılıb?

Tarix: 16 Yanvar 2020 22:56

Texnologiya inkişaf etdikcə, qlobal mobil telefon bazarında hər il yeni və bir-birindən üstün funksiyalara malik smartfon modelləri yaradılır. Yeni modellərdə olan çoxsaylı funksiyalar insanlarda telefonlara olan tələbatı daha da artırır. Qiymətlərindən asılı olmayaraq, smartfonların ən son modellərinin böyük həcmdə satışı reallaşır.

Bəs Azərbaycanda ötən il ən çox hansı model smartfonlar satılıb?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ötən il ölkəmizdə mobil telefonların satış bazarında Samsung, iPhone, Xiaomi və Honor modelləri lliderlik edib.

Samsung A50 (599 AZN), Samsung A 20s (389 AZN), Samsung 10 (289 AZN) 2019-cu ildə ən çox satılan modellər sırasında olub.

Honor 9X (649 AZN) modeli də ən çox alınan smartfonlar arasında yer alıb. Xiaomi Redmi Not 7 64 GB (390 AZN), Xiaomi Redmi Not 6 64 GB (369 AZN), Xiaomi Mi A3 (549 AZN), ilin son aylarında isə Xiaomi Redmi Not 8 (439 AZN) ən çox satılan mobil telefon olaraq qeydə alınıb. 

Eyni zamanda, ötən il iPhone XS Max 256 GB (2599 AZN) da alıcılar tərəfindən ən çox alınan mobil cihazlardan biridir.


Etiketlər:  Ötən Azərbaycanda çox hansı telefon modelləri satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ