Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin köməkçisi: ''Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var''

Prezidentin köməkçisi: ''Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var''

Tarix: 17 Yanvar 2020 13:00

"Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə əlaqədar ardıcıl bir mövqe olduğunu tədqir edirik".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib: "Biz bundan əvvəl Şərq Tərəfdaşlığı ilə əlaqədar Brüssel sammitinin yekun sənədlərinə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanmış Tərəfdaşlıq prioritetləri sənədinə baxsaq, görərik ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var. Ona görə də bu xəttin davamı olaraq Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair olan sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətdə ifadə olunan bu mövqeni yüksək qiymətləndirirk və təqdir edirik.

Bunu da xüsusi vurğulamaq istərdik ki, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar tərəfindən də mövcud olan münaqişələrə münasibətdə Helsinki Yekun Aktının prinsipləri birmənalı əsasda və qəti surətdə ifadə olunmalıdır".


Etiketlər:  Prezidentin köməkçisi Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli birmənalı dəstək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ