Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

18 yaşlı girovun hekayəsi: Polis Sevgiyənin sənədlərini anasından almağa hazırlaşır

18 yaşlı girovun hekayəsi: Polis Sevgiyənin sənədlərini anasından almağa hazırlaşır

Tarix: 17 Yanvar 2020 18:06

Bir neçə gün yaxınlarının girov saxladığı 18 yaşlı Krasnoyarsk sakini, azərbaycanlı Sevgiyə Sübhani İsmayılova hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır və Rusiyaya qayıtmağa hazırlaşır.

Sonxeber.net xəbər verir ki, oxu.az bu barədə "Təmiz Dünya"nın sədri Mehriban Zeynalova ilə danışıb.

"İndi biz (hüquq-mühafizə orqanları ilə birlikdə - red.) Sevgiyənin anasında olan sənədlərini əldə etməyə çalışırıq. Bildiyiniz kimi, Azərbaycana gələndən sonra qızın anası Rəsmiyyə İsmayılova onun sənədlərini alıb yandırdığını bildirib. Lakin bunun doğru olmasına şübhə edirik", - deyə M.Zeynalova sözügedən sayta bildirib.

Yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti hüquq-mühafizə orqanları əməkdaşlarının ayın əvvəlində S.İsmayılovanın anası tərəfindən zorla Azərbaycana gətirilməsi və ev dustaqlığında saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara reaksiya verməsi ilə bağlı açıqlama yayıb.

Daha əvvəl bildirilirdi ki, qohumları qızı fiziki zorakılığa məruz qoyub və cinsi oriyentasiyasına görə öldürməklə hədələyib. Bundan əlavə, onu zorla evləndirmək istəyiblər. Bütün bunlar haqqında S.İsmayılovanın rəfiqəsi Polina Vavilina "Instagram" və "Vkontakte" səhifələrində paylaşıb.

O, kömək üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Diplomatik nümayəndəlik də öz növbəsində vəziyyəti aydınlaşdırmaq üçün Azərbaycanın dövlət qurumları ilə əlaqə saxlayıb və məsələyə nəzarət edir.

Yanvarın 17-də məlum olub ki, Sevgiyənin anası Rəsmiyyə İsmayılova Xırdalan şəhərində yaşayır. Əldə edilən məlumata görə, Sevgiyə ikinci dəfə qohumlarından qaçmağa müvəffəq olub, bundan sonra hüquq-mühafizə orqan əməkdaşları onu sığınacağa təhvil veriblər.

"Krasnoyarskda qızın təhlükəsizliyini yerli polis və hüquq müdafiəçiləri təmin edəcək. Ümid edək ki, orada onun başına heç bir pis hadisə gəlməz", - M.Zeynalova deyib.

Qeyd edək ki, yanvarın 16-da sığınacaqda olarkən S.İsmayılova insanlara video ilə müraciət edərək: "Rəfiqəm Polinanın yazdıqlarının hamısı yalandır. Mən könüllü olaraq Azərbaycana gəlmişəm. Mən, sadəcə, o cəmiyyətdən, o qrupun əlindən qaçdım. İndi təhlükədə deyiləm", - deyib.


Etiketlər:  yaşlı girovun hekayəsi Polis Sevgiyənin sənədlərini anasından almağa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ