Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 20:08
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi çərçivəsində regionlarda bərpası nəzərdə tutulan kəhrizlərdə texniki qiymətləndirmə işlərini davam etdirir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hazırda Goranboy rayonun Kələk kəndi ərazisindəki kəhrizdə kəşfiyyat-qazma işləri aparılmaqdadır.
Adı çəkilən layihə çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.