Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AFB Bank''dan Dövlət Gömrük Komitəsi əməkdaşları üçün xüsusi endirim kampaniyası

''AFB Bank''dan Dövlət Gömrük Komitəsi əməkdaşları üçün xüsusi endirim kampaniyası

Tarix: 18 Yanvar 2020 08:00

Bakı. Trend:

Müxtəlif peşə sahibləri üçün sərfəli təkliflərlə gündəmdə olan AFB Bank bu dəfə Dövlət Gömrük komitəsi əməkdaşları üçün endirim kampaniyasına start verir.

Bankdan Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi əməkdaşlarının peşə bayramı münasibətilə təşkil edilən endirim kampaniyası 16-23 Yanvar tarixlərini əhatə edəcək. Kampaniya çərçivəsində kredit əldə edən gömrük əməkdaşlarına illik faiz dərəcəsinə 2% endirim (minimum illik faiz dərəcəsi 16%-dən az olmamaq şərtilə) ediləcək. Qeyd edək ki, kredit əldə edənlərə nağdlaşdırma komissiyası tətbiq edilməyəcək.

Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bankdan Dövlət Gömrük Komitəsi əməkdaşları üçün xüsusi endirim kampaniyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ