Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən davamlı smartfon məlum olub

Ən davamlı smartfon məlum olub

Tarix: 18 Yanvar 2020 08:28

"JerryRigEverything" ləqəbi ilə tanınan bloqer Zak Nelson ötən ilin ən davamlı smartfonlarının reytinqini tərtib edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Nelson "Google Pixel 3a" qurğusunu 2019-cu ilin ən davamlı cihazı adlandırıb. Bloqer bildirib ki, bu cihaz möhkəm plastik korpusa malikdir və onu sökmək çox asandır. Məsələn, cihazın ekranı bir çox smartfonlarda olduğu kimi, yapışqanla deyil, bir neçə vintlə bərkidilib.

Nelson "Royole Flexpai" aparatını ən təmirə yararsız cihaz adlandırıb, sözügedən smartfon qatlanan ekrana görə kənar müdaxilə üçün nəzərdə tutulmayıb. Nelson "Apple" smartfonlarının yeni istehsal xəttini xüsusi vurğulayıb. Videobloqerin fikrincə, hələ də "iPhone"u ev şəraitində təmir etmək çətindir, xidmət mərkəzlərində təmir isə çox bahalıdır.

Milli.Az


Etiketlər:  Ən davamlı smartfon məlum olub


RƏYLƏR