Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elastik və davamlı batareya təqdim edilib

Elastik və davamlı batareya təqdim edilib

Tarix: 18 Yanvar 2020 08:48

"Jenax" şirkəti tərəfindən təqdim edilmiş elastik və davamlı batareyaların gələcəkdə pilotsuz uçan aparatlarda istifadəsi planlaşdırılır ki, bu da qurğuların sürətini və uçuş uzaqlığını artıracaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreyanın "Jenax" şirkəti ultranazik, elastik və yenidən enerji ilə doldurulan "J.Flex" litium-ion batareyası hazırlayıb. İstehsalçılar izah ediblər ki, yenilik "müasir texnologiyalarla (məsələn, elastik displeyə malik telefonlar və ya yığcam qurğular) daha yaxşı qarşılıqlı əlaqə yaradılması üçün lazımdır. "Biz yalnız yeni batareya formasını hazırlamır, həmçinin onları əvvəllər işləməyəcəyi yerlərdə quraşdırırıq" - şirkətin nümayəndəsi deyib.

Şirkət əmindir ki, yeni hazırlama gələcəkdə qurğuları adi litium-ion batareyaları ilə müqayisədə enerji ilə daha yaxşı dolduracaq. Yaradıcılar qeyd ediblər ki, yeni batareyaları pilotsuz uçan aparatlarda istifadə etmək planlaşdırılır: uçan aparatın qanadlarında və ya şassisində quraşdırılmış elastik batareya korpusda başqa komponentlər üçün boş yer saxlayacaq.

Milli.Az


Etiketlər:  Elastik davamlı batareya təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ