Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 13:30
Bakı. Trend:
Fevral ayının 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.
Yeni Azərbaycan Partiyasından Gəncənin 37, 38, 39 və 40 saylı Seçki Dairələri üzrə namizədliyi irəli sürülən Naqif Həmzəyev, Pərvin Kərimzadə, Musa Quliyev və Müşfiq Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüşlərini YAP Gəncə şəhər təşkilatının binasında şəhərin idman ictimaiyyəti ilə keçiriblər.
Tədbirdə ilk görüşü idman ictimaiyyəti ilə keçirilməsinin heç də təsadüfü xarakter daşımadığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanı müxtəlif beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil edən, mötəbər yarışlarda üçrəngli bayrağımızı dalğalandıran idmançılar ölkəmizi xaricdə təmsil edən əsas simalardandırlar. Bu gün Azərbaycanda, idman sahəsində olduqca böyük naliyyətlər əldə olunub ki, bu da son 20 ildə Azərbaycan idmanına dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsindən irəli gəlir.
Görüş iştirakçıları ölkə idmançılarının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunduqlarından bəhs edib, 9 fevralda seçimlərinin ölkəmizin ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının namizədlərinin olacağını bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin