Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 17:33
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan kənd təsərrüfatı, sənaye və energetika sahələrində birgə müəssisələrin yaradılması üçün Çexiya şirkətlərini dəvət edir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda Çexiya kapitalı ilə 26 şirkət fəaliyyət göstərir və Çexiya şirkətləri Azərbaycan iqtisadiyyatına 33,5 milyon dollar vəsait qoyub. Azərbaycanın Çexiyaya investisiyaları isə 50 milyon dollara bərabər olub.
R.Məmmədov əlavə edib ki, Azərbaycan Çexiyanı Avropada ən perspektivli tərəfdaşlardan biri kimi görür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin