Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 16:14
UEFA Avropada maliyyə cəhətdən zərərə uğrayan çempionatın Türkiyə Super Liqası olduğunu açıqlayıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, açıqlamada Türkiyədə ən çox borcu olan komanda da məlum olub.
Qrumdan verilən məlumata görə, Türkiyədə ən çox borcu olan klub "Fənərbağça"dır. İstanbul təmsilçisinin 334 milyon avro borcunun olduğu bildirilib.
"Fənərbağça"dan sonra "Beşiktaş"ın 183, "Qalatasaray"ın isə 174 milyon avro borcu olduğu qeyd olunub. Türkiyənin stadion tikintisinə görə siyahıda Polşa ilə bərabər ilk sıralarda olduğu açıqlanıb.