Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ilin ən zəngin insanının adı açıqlandı

2020-ci ilin ən zəngin insanının adı açıqlandı

Tarix: 18 Yanvar 2020 18:50

Nüfuzlu "Forbes" jurnalı 2020-ci ilin ilk ayında dünyanın ən zəngin insanının adını açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Chaumet", "Moët & Chandon и Hennessy" brendlərini birləşdirən "LVMH" fransız holdinqinin rəhbəri Bernar Arno yenidən siyahıya liderlik edir.

Bu, "Amazon"un səhmlərinin 0,7 faiz ucuzlaşmasından sonra baş verib. Belə ki, LVMH-in səhmləri eyni miqdarda artıb. Nəticədə, "Forbes" milyarderləri sıralamasında birinci yeri tutan "Amazon"un qurucusu Ceff Bezosun sərvəti 760 milyon dollar azalıb, ikinci yerdə olan Arno var-dövlətini 1.9 milyard dollar artaraq yerləri dəyişdirib.

Bernar Arno və ailəsinin sərvəti öncə 2019-cu ilin iyununda 100 milyard dolları keçib. O vaxtdan bəri, LVMH rəhbəri daha 17 milyard dollar qazanıb. 2019-cu ilin ikinci yarısında bir neçə dəfə dünyanın ən varlı adamı olub, ancaq sərvəti 115,6 milyard dollar olaraq qiymətləndirilən Bezos hər dəfə bu titulu özünə qaytarıb.

Arno və Bezosdan əlavə, "Forbes" milyarderlərinin ilk beşliyinə "Microsoft"un qurucusu Bill Qeyts, "Berkshire Hathaway"iın baş direktoru Warren Buffett və "Facebook"un qurucusu Mark Zukerberq daxildir.

Qeyd edək ki, azərbaycanlı iş adamı, "Lukoyl" şirkətinin Prezidenti Vahid Ələkbərov 26 milyard dollar sərvətlə siyahıda 40-cı yerdədir.


Etiketlər:  2020 ilin zəngin insanının adı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ