Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbolçular verdiyim tapşırığı doğrultdular'' - Ayxan Abbasov

''Futbolçular verdiyim tapşırığı doğrultdular'' - Ayxan Abbasov

Tarix: 18 Yanvar 2020 19:02

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Politexnika” (İaşi) klubuna qarşı keçirdikləri yoxlama oyununu (1:1) şərh edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, matçla bağlı deyib:
 
“Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bu qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq".

 


Etiketlər:  Futbolçular verdiyim tapşırığı doğrultdular Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ