Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada cavan qadın parasetamoldan öldü

Rusiyada cavan qadın parasetamoldan öldü

Tarix: 18 Yanvar 2020 20:09

24-yaşlı Rusiya sakini 3 gün ərzində hər gün 6 həb parasetamol qəbul edib. Nəticədə cavan qadının qaraciyərində ağır gəriyədönməz dəyişikliklər inkişaf edib ki, həkimlərin tətbiq etdiyi ən müasir detoksikasiya tədbirləri heç bir effekt verməyib və qadın həlak olub.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, parasetamoldan əlavə qadın aspirin və digər preparatları qəbul edirdi. Vəziyyətin ağırlaşmasına həmçinin qadının saxladığı pəhriz də təsir edib.

Qadını müalicə edən həkimlər qeyd edib ki, ən yayılmış və tez-tez istifadə olunan dərman parasetamol qaraciyərdə ağır nekrozlar (toxumların ölümü) verə bilən əsas dərmanlardan biridir.

Mütəxəssislər növbəti dəfə xəbərdarlıq edir ki, parasetamol heç də əksər insanlar fikirləşdiyi kimi təhlükəsiz preparat deyil. Parasetamol həkim tərəfindən xəstəyə təyin olunmalıdır və onun qəbul dozasını özbaşına artırmaq olmaz. Həmçinin xəstə digər preparatları da qəbul edirsə, bu haqda həkimə məlumat verməlidir. Bəzi digər preparatların parasetamolla birlikdə qəbulu qaraciyərdə ağır pozulmaların inkişafına səbəb ola bilər.

Xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkənlər parasetamolu yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etməlidir.

Parasetamolun spirtli içkilərlə birlikdə qəbulu da çox təhlükəlidir.  

Nəzərinizə çatdıraq ki, parasetamol panadol, efferalqan, taylenol, teraflu kimi soyuqdəymə və qripp zamanı tez-tez istifadə olunan preparatların tərkibinə daxildir. 


Etiketlər:  Rusiyada cavan qadın parasetamoldan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ