Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 18:10
Uzun illər Türkiyənin Baş Naziri olmuş mərhum Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit Ankarada dövlət məzarlığında dəfn edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Bülənt Ecevitin məzarı açılıb və Rahşan Ecevitin nəşi eyni məzarda dəfn olunub.
Qeyd edək ki, 17 yanvar gecəsi vəfat edən 97 yaşlı Rahşan Ecevitin 60 il birgə ömür sürdüyü həyat yoldaşı ilə eyni məzarda dəfn edilməsi son vəsiyyətlərindən biri olub. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın təlimatı və Türkiyədə 5 aparıcı siyasi partiya rəhbərlərinin millət vəkilləriylə birgə müzakirələrindən sonra Rahşan Ecevitin dövlət məzarlığında dəfn edilməsinə qərar verilib.
Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu, Türkiyə siyasi tarixində mühüm rol oynamaqla tanınan, keçmiş millət vəkili, "Aşk" romanın müəllifi, şair, rəssam və yüksək səviyyədə ingiliscəsi olan xanım Ecevitin həyat yoldaşı Bülənt Ecevitin siyasi fəaliyyətindəki uğurlarında da böyük rolu olduğu bildirilir.
Rahşan Ecevit və Bülənt Ecevitin birgə nikahdan övladları olmayıb. Amma Ecevit ailəsi Türkiyədə ən nümunəvi, sədaqətli və sevgi təməli üzərində qurulmuş, siyasi mühitdə çox sayda tanınmış şəxsləri yetişdirən bir ailə kimi tanınır.
Dəfn mərasimində iştirak edən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu deyib ki, Rahşan Ecevit həyat yoldaşı Bülənt Ecevitlə birgə uzun və şərfli mübarizə ömrü yaşayıblar.