Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ona qaçmağa icazə vermək olmaz'' - Qvardiola

''Ona qaçmağa icazə vermək olmaz'' -  Qvardiola

Tarix: 19 Yanvar 2020 19:22

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqanın 23-cü turunda "Kristal Pelas"la  oyundan sonra komandasının müdafiə xəttindən şikayətlənib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, heç-heçə etdikləri matçdan (2:2) sonra deyib: "Çətin oyun oldu. Təəssüf ki, qələbə qazana bilmədik. Buraxdığımız ikinci qoldakı etdiyimiz səhvləri təkrarlamamalıyıq. Zaha boşluq olduğu zaman təhlükəli olur. Ona qaçmağa icazə vermək olmaz, bu qədər asan. Amma bizi bunu etmədik".

P.Qvardiola "Liverpul"un "Mançester Yunayted"lə bugünkü oyununu izləyib-izləməyəciyi ilə bağlı sualı isə belə cavablandırıb: "Bu suala milyon dəfə cavab vermişəm. Bəlkə izləyərəm, bəlkə də "Şeffild Yunayted"lə matça hazırlaşaram".


Etiketlər:  qaçmağa icazə vermək olmaz Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ