Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 19:48
Bakı. Trend:
Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla 21:27-də qeydə alınıb. Zəlzələnin episentri Szyaşi (Feyzabad) ərazisində, ocağı isə təxminən 16 km dərinlikdə yerləşib.
380 mindən çox insanın yaşadığı Szyaşidə xəsarət və ya dağıntı barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin