Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 20:36
Qısa videoların mübadiləsi üzrə xidmət TikTok tematik lentin yaradılması haqqında düşünür, adiyyatı kontent isə redaktorlar tərəfindən moderasiya olunacaq.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, bu haqda Financial Times (FT) mənbəyə istinadən yazıb.
Reklamverənlər çox vaxt öz reklamlarının təhqiredici və qaydalara uyğun olmayan reklam çarxlarının yanında görünməsindən məmnun deyillər. Məsələn, daha əvvəl bu sosial platformada qadınlara şiddətə yönəlik videolar paylaşılmışdı.
Məhz buna görə də TikTok-da xüsusi bölmələr yaradılacaq. Həmin bölmələrdə olacaq kontenti isə şirkət tərəfindən işə götürülən işçilər tərəfindən nəzarət ediləcək. Bu yenilik isə riski öncədən planlamağın önəmli olduğu iri reklamverənləri cəlb etməlidir.
Bildirilir ki, belə axında reklamverənlər daha çox pul ödəməli olacaqlar.
Qeyd edək ki, FT yazır ki, TikTok son üç ildə özünün aylıq auditoriyasını 1 milyard insana çatdırıb. Ancaq əlavə etmək yerinə düşər ki, platformada moderasiya problemləri var. Şəbəkədə tez-tez özündə şübhəli məzmunu ehtiva edən video çarxlar paylaşılır.