Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 21:12
Bakı. Trend:
Fransa Hərbi Xidmət üzrə Ali Şurası hökümətin pensiya islahatlarını qəbuledilməz elan edib.
Trend-in məlumatına görə, şuranın hesabatında deyilir: "Qanun layihəsini araşdıraraq müdafiə sahəsindəki şərtlərlə bağlı müsbət fikir bildirə bilmərik. Bəzi şərtlər ordumuzun modelini və xidmət şərtlərini pisləşdirir."
Əsas tənqid islahat çərçivəsində müəyyən edilmiş daha davamlı staj üçün pensiyanın artırılması prinsipinin qorunması ilə bağlıdır. Bu, xüsusilə, müxtəlif növ hərbi qulluqçular üçün adi müddətdə təqaüdə çıxma ödənişlərin 20-60% azalması ilə nəticələnə bilər.
Sənəddə deyilir: "[Bu cür qaydalar] kadrların qocalmasına təkan verir". Bununla yanaşı, qəzet yazır ki, bir müddət əvvəl Fransanın Baş naziri Eduard Filip ordu xidmətinin xüsusiyyətlərini nəzərə alacağını və bu sahənin nümayəndələri üçün erkən təqaüdə çıxma ehtimalını qoruyacağını vəd etmişdi.
Narazılığa səbəb olan ikinci məqam pensiyaların hesablanması metodunun dəyişdirilməsidir: maaşlar son 6 ay ərzində deyil, bütün karyera müddəti üzrə nəzərə alınacaq ki, bu da qaçılmaz olaraq pensiya ödənişlərinin azalmasına səbəb olacaqdır. Bu qanundan daha çox uzun müddət aşağı maaşlı vəzifələrdə çalışan hərbçilərə ziyan dəyəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin