Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransız hərbiçiləri hökumətin pensiya islahatlarına qarşı çıxdı

Fransız hərbiçiləri hökumətin pensiya islahatlarına qarşı çıxdı

Tarix: 19 Yanvar 2020 21:28

Fransa Hərbi Xidmət üzrə Ali Şurası hökumətin pensiya islahatlarını qəbuledilməz elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şuranın hesabatında deyilir: "Qanun layihəsini araşdıraraq müdafiə sahəsindəki şərtlərlə bağlı müsbət fikir bildirə bilmərik. Bəzi şərtlər ordumuzun modelini və xidmət şərtlərini pisləşdirir."

Əsas tənqid islahat çərçivəsində müəyyən edilmiş daha davamlı staj üçün pensiyanın artırılması prinsipinin qorunması ilə bağlıdır. Bu, xüsusilə, müxtəlif növ hərbi qulluqçular üçün adi müddətdə təqaüdə çıxma ödənişlərinin 20-60% azalması ilə nəticələnə bilər.

Sənəddə deyilir "[Bu cür qaydalar] kadrların qocalmasına təkan verir". Bununla yanaşı, qəzet yazır ki, bir müddət əvvəl Fransanın Baş naziri Eduard Filip ordu xidmətinin xüsusiyyətlərini nəzərə alacağını və bu sahənin nümayəndələri üçün erkən təqaüdə çıxma ehtimalını qoruyacağını vəd etmişdi.

Narazılığa səbəb olan ikinci məqam pensiyaların hesablanması metodunun dəyişdirilməsidir: maaşlar son 6 ay ərzində deyil, bütün karyera müddəti üzrə nəzərə alınacaq ki, bu da qaçılmaz olaraq pensiya ödənişlərinin azalmasına səbəb olacaqdır. Bu qanundan daha çox uzun müddət aşağı maaşlı vəzifələrdə çalışan hərbçilərə ziyan dəyəcək.

Milli.Az


Etiketlər:  Fransız hərbiçiləri hökumətin pensiya islahatlarına qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ