Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 06:48
Bakı. Trend:
Livan paytaxtı Beyrutun mərkəzində polis və etirazçılar arasında baş verən toqquşmada nümayişçilər və polis əməkdaşları də daxil olmaqla ən azı 70 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Al Watania milli agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi məlumat verib.
Məlumata əsasən, ən az 30 xəsarət alan xəstəxanaya çatdırılıb, digərlərinə isə yerində yardım göstərilib.
Qeyd edək ki, bundan əvvəl polis birləşmələri etirazçıları dağıtmaq üçün Beyrutun mərkəzindəki su toplarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdilər. Etirazçılar polis kordonlarından keçərək Plyas Etual meydanında yerləşən prezident sarayında daxıl olmağa cəhd göstərmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin