Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Administrasiyası: Türkiyə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır

Prezident Administrasiyası: Türkiyə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır

Tarix: 20 Yanvar 2020 11:56

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.

Bunu Trend-ə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan deyiblər ki, Türkiyə ölkənin müstəqilliyi üçün həyatlarını qurban vermiş qardaş Azərbaycanın oğul və qızlarını unutmur və heç vaxt unutmayacaq:

“20 Yanvar faciəsindən otuz il keçməsinə baxmayaraq bu yara hələ də Azərbaycan və Türkiyə xalqlarının yaddaşında təzədir”.

Məlumatda o da qeyd olunub ki, qanlı faciədən 30 il keçməsinə baxmayaraq, hadisənin günahkarları hələ də cəzalanmayıb.

Administrasiyadan vurğulayıblar ki, Türkiyə bundan sonra da qardaş Azərbaycanı bütün sahələrdə dəstəkləyəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident Administrasiyası Türkiyə Yanvar faciəsinin qurbanlarının xatirəsini anır


RƏYLƏR