Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 19:20
Beynəlxalq Valyuta Fondu (IMF) cari il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, IMF bu ilə dair qlobal iqtisadi artım proqnozunu 3,4 faizdən 3,3 faizə endirib. Fond ticari razılaşmalar və Yaxın Şərqdəki gərginlik fonunda əvvəlki proqnoza nisbətən cari il üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb. Lakin buna baxmayaraq, fond bu il dünya iqtisadiyyatının güclənəcəyini gözləyir.
IMF qlobal iqtisadi artımın 2019-cu ildəki 2,9 faizlə müqayisədə bu il 3,3 faizə yüksələcəyini nəzərdə tutur. Belə ki, qlobal iqtisadi artım 3 ildə ilk dəfə sürətlənəcək.
Fond 2021-ci ildə isə qlobal iqtisadi artımın 3,4 faizə yüksələcəyini proqnozlaşdırır.