Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 22:46
"Liverpul"un qadınlardan ibarət komandasının qapıçısı Frensis Kitçinq məşq zamanı ciddi zədə alıb.
Qol.az xəbər verir ki, bu, onun komanda yoldaşı toqquşma nəticəsində baş verib. Hadisədən sonra 21 yaşlı qapıçının alnına tikiş qoyulub, gözlərinin altı qaralıb.
F.Kitçinq zədəli halının şəklini "İnstaqram"da paylaşıb. O, bunun karyerasının ən pis zədəsi olduğunu bildirib.