Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 09:20
Bakı. Elnur Bağışov - Trend:
İran parlamenti bir sıra məhsullara əlavə dəyər vergisinin artırılması ilə əlaqədar qərar verib.
Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.
Qərara əsasən, siqaret və tütün məmulatları istisna olmaqla spirtsiz içkilər və sağlamlığa ziyan vuran digər məhsullar ölkədaxili istehsal olduğu halda 16%, idxal məhsulu olduğu halda isə 36% vergi tətbiq olunacaq.
Ölkədaxili istehsal olan siqaret, tütün, tənbəki məhsullarına 25%, ölkə daxilində istehsal olunan beynəlxalq brendli siqaret və tütün məmulatlarına 40%, idxal olunan siqaret və tütün məmulatlarına 65% vergi tətbiq olunacaq.
Qərarda qeyd olunur ki, idxal olunan xam tütünə 10%, emal edilmiş tütün idxalına 35% vergi tətbiq ediləcək.
Təyin olunan qiymətlər ikinci ildən hər il 5% artacaq. Beləliklə, ölkə daxili siqaret və tütün məmulatları üçün 55%, ölkə daxilində beynəlxalq brendli istehsal olunan siqaret və tütün məmulatları üçün 95%, idxal olunan siqaret və tütün məmulatları üçün 125%-ə çatacaq.
Qeyd edək ki, İran parlamentində layihəyə 158 lehinə, 18 əleyhinə və 2 bitərəf səs verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin