Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 10:04
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".
Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin