Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST yeni koronavirus səbəbi ilə təcili iclas çağırır

ÜST yeni koronavirus səbəbi ilə təcili iclas çağırır

Tarix: 21 Yanvar 2020 11:06

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".

Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək.


Etiketlər:  ÜST yeni koronavirus səbəbi ilə təcili iclas çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ