Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 11:56
Bakı. Trend:
Bu gün 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Afət Həsənova rayon partiyasının bir qrup nümayəndəsi ilə birgə 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun evində olub.
Trend-in məlumatına görə, şəhidin ailəsi ilə həmsöhbət olan Afət Həsənova 90-ci ilin Qara Yanvarında ailənin yaşadığı xatirələri bölüşüb, özünün də şahidi olduğu millətin müsibətlərini dilə gətirib.
Afət Həsənova dəhşətli “Qara Yanvar” faciəsindən 30 il ötsə də, baş verənlər unudulmadığını və hər bir azərbaycanlının dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borclu olduğunu vurğulayıb: "20 Yanvar günü biz yaxınlarımızı, soydaşlarımızı itirdik, onlar vətənləri uğrunda canlarını fəda etdilər. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu əsla unutmamalıdırlar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin