Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telefonunuza sizdən icazəsiz kiminsə daxil olduğunu necə öyrənə bilərsiniz?

Telefonunuza sizdən icazəsiz kiminsə daxil olduğunu necə öyrənə bilərsiniz?

Tarix: 21 Yanvar 2020 21:20

Münasibətlərdə güvən məsələsinə gəlincə, bir çoxumuz "bu imtahandan kəsilirik". Sosial media gündəlik həyatımızın əhəmiyyətli bir hissəsini təşkil etdiyi üçün partnyorlar bir-birlərinin sosial media hesablarında nələrin baş verdiyini bilmək istəyirlər.

Gizlədəcək nəyinsə olmadığını düşünən cütlüklər sosial media şifrələrini bir-biri ilə paylaşmaqda problem görmürlər. Edilən bir araşdırmaya görə cütlüklərin 67% -i şifrələrini tərəfdaşları ilə bölüşür. Ancaq bu mövzuda heç bir tədbirin görülməməsi sizi kiber fırıldaqçılıq kimi  problemlərlə üz-üzə qoya bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, münasibətləri hələ çox yeni olan cütlüklərin 36% -i şifrələrin paylaşılmasının vacib olduğunu və onları xoşbəxt etdiyini bildirsə də, illərdir birlikdə olan cütlüklərin yalnız 9% -i bununla razılaşır.

İnternet istifadəçilərinin 41% -i şifrələrini sevgilisi ilə bölüşdüklərinə görə peşman olduqlarını söyləyib. Aşiqlərin 30% -i partnyorlarının onlardan xəbərsiz şəkildə sosial media hesabından istifadə etdiyini başa düşdüklərini söyləyirlər.

Bəs sizdən icazəsiz telefonunuza birinin daxil olduğunu necə anlaya bilərsiniz? Telefonun yerinin dəyişməsi, açılan son tətbiqlərə baxmaq və yaxud gələn mesajın siz oxumadığınız halda oxunmuş kimi görünməsi, həmçinin Parametrlər  bölməsindən batareyanın istifadəsinin neçə dəqiqə/saniyə olduğuna baxmaq bəzi işarələr versə də, telefonunuzu qarışdıran insanı ələ verən bir tətbiq var.

Bitdefender Total Security içərisində yer alan anti-theft xüsusiyyəti sayəsində smartfonunuza yanlış şifrə ilə kimsə daxil olmaq istədiyi zaman ön kamera aktivləşir və fotoşəkillər çəkir. Şəkli avtomatik olaraq e-poçt hesabınıza göndərən tətbiq sayəsində icazəsiz telefonunuzu kim qarışdırdığını görə bilərsiniz. Bundan əlavə, bu xüsusiyyət oğurluq hallarında da çox təsirlidir, çünki parolun səhv daxil edildiyi yeri bölüşür.


Etiketlər:  Telefonunuza sizdən icazəsiz kiminsə daxil olduğunu necə öyrənə bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ