Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: Azərbaycan hökuməti Aİ ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır

Əli Əhmədov: Azərbaycan hökuməti Aİ ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır

Tarix: 22 Yanvar 2020 11:14

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hökuməti Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə ifadə edib. Biz bu prinsipimizə sadiqik.

Trend bildirir ki, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzərində iş aparılmaqdadır.

Ə.Əhmədov yaxın zamanlarda bu sahədə olan işlərin tamamlanacağına əmin olduğunu söyləyib.

O qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalandıqdan sonra əməkdaşlıq sferaları geniş sahələrdə uğurla həyata keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov Azərbaycan hökuməti ilə tərəfdaşlıq əməkdaşlıqda maraqlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ