Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 11:27
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqlar yekun mərhələdədir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib, bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq.
Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini deyən K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox invesitisiya yatıran ölkələrdir. Avropa İttifaqı, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir".