Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 19:46
Bu gün “Keşlə” Antalyada daha bir yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Keşlə" ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzub. Komanda Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.
22 yanvar
“Keşlə” – “Arsenal” (Rusiya) - 1:2
Qol: Aleksandr Kristavao, 70.