Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəzərin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır

Xəzərin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır

Tarix: 22 Yanvar 2020 17:03

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli” mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiqlənib.

AMEA-dan Trend-ə verilən məlumata görə, 2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulan proqramın icraçıları AMEA-nın Geologiya və Geofizika, Coğrafiya institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rusiya Elmlər Akademiyasının Yer Fizikası, ABŞ-ın Massaçusets Texnologiya institutları, İtaliyanın Milan Bikkoko və Fransanın Montpellier universitetləridir.

Layihə çərçivəsində Xəzər dənizinin müasir seysmo-geodinamik şəraiti və hidro-iqlim faktoru nəzərə alınmaqla, dəniz səviyyəsi tərəddüdünün inteqrə modeli hazırlanacaq. Tədqiqatlar zamanı bölgənin tektonik aktivliyinin qiymətləndirilməsi və Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelinin işlənməsi də nəzərdə tutulur.

Elmi-tədqiqat işi çərçivəsində tərtib ediləcək geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri AR Fövqəladə Hallar, AR Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də şəhərsalma strukturları tərəfindən risk analizi məqsədilə istifadə oluna biləcək.

Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək.


Etiketlər:  Xəzərin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ