Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir

“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir

Tarix: 23 Yanvar 2020 07:44

Çinin "Qihoo 360" təhlükəsizlik üzrə tədqiqat qrupu "Internet Explorer" brauzerində yaddaşın email mexanizmi ilə bağlı boşluq aşkarlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, brauzer kodunda mövcud boşluqdan istifadə edən cinayətkar yoluxdurulmuş kompüterdə zərərli kodu məsafədən işə sala bilər. Proqramda səhvin mövcudluğunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin "US-CERT" bölməsinin mütəxəssisləri də təsdiq ediblər. Onların sözlərinə görə, boşluq artıq kibercinayətkarlar tərəfindən aktiv istifadə olunur.

Bildirilir ki, brauzerdə boşluq barədə məlumatlar yayıldıqdan sonra "Microsoft" korporasiyası problemin mövcudluğunu etiraf etsə də, təhlükəsizlik üzrə müvafiq proqram yenilənməsini təqdim etməyib. Beləliklə, hazırda "Windows" əməliyyat sisteminin təhlükəsizlik yenilənməsi ilə təmin edilməyən bütün versiyaları, o cümlədən "Windows 7" yoluxma təhlükəsi ilə üzləşib.

Klassik brauzerdən istifadə edən "Windows 10" istifadəçilərinə "Internet Explorer" üçün proqram düzəlişi buraxılanadək "Edge" brauzerinə və ya digər alternativ həllə keçmək tövsiyə edilir. Müvafiq təhlükəsizlik yenilənməsinin buraxılışı fevralın 11-nə planlaşdırılan mütəmadi əməliyyat sistemi yeniləməsinin tərkibinə daxil olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Internet Explorer brauzeri istifadə üçün təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ