Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kasilyas qərarını verdi

Kasilyas qərarını verdi

Tarix: 17 May 2019 13:40

Bir müddət öncə məşqdə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas gələcəyi ilə bağlı qərar verib.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı qolkiper karyerasını başa vuracaq. Onun yaxın günlərdə bu barədə açıqlama verəcəyi bildirilib. Ancaq 37 yaşlı qapıçı futboldan birdəfəlik getməyəcək. O, "Portu"da başqa vəzifədə çalışacaq.

Qeyd edək ki, "Portu"nun prezidenti Pintu da Koşta da artıq Kasilyasın əvəzinə yeni qapıçı axtardıqlarını tədiqləyib.

 


Etiketlər:  Kasilyas qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ