Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” yeni ucuz “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır

“Apple” yeni ucuz “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır

Tarix: 23 Yanvar 2020 09:33

“Apple” şirkəti fevralda ucuz “iPhone” smartfonunun yığılmasına başlamaq niyyətindədir. Bu haqda öz mənbəsinə istinadən “Bloomberg” nəşri məlumat verib. Yeni telefonun təqdimatı marta planlaşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, bu yenilik şirkətin “iPhone SE”dən sonra ilk ucuz telefonu olacaq. Yeni cihaz görünüşcə 4,7 düym diaqonallı ekrana malik “iPhone 8” qurğusuna oxşayacaq. “Touch ID” funksiyasının "Ev" düyməsinə quraşdırılacağı gözlənilir, lakin “Face ID” biometrik autentifikasiya sistemi yoxdur.

 

Bundan başqa, yeni telefon “iPhone 11” ilə eyni prosessorla təchiz ediləcək.

 

“Bloomberg” nəşrinin məlumatına görə, “Apple” yeni “iPhone”nun köməyi ilə mobil qurğular bazarında öz bazar payını genişləndirməyi planlaşdırır.

 

Emil Hüseynov




Etiketlər:  Apple yeni ucuz iPhone smartfonunu təqdim etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ