Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beş illik müqavilə, 8 milyon məvacib

Beş illik müqavilə, 8 milyon məvacib

Tarix: 17 May 2019 14:12

"İnter"in hücumçusu Mauro İkardi "Yuventus"a keçməyə yaxındır.

Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu Turin klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. 5 illik sözləşməyə qol çəkəcəyi gözlənilən forvard ilinə 8 milyon avro qazanacaq.

Qeyd edək ki, İkardi əvvəlcə "İnter"də qalmaq istəsə də, sonradan Antonio Kontenin komandanın sükanı arxasına mümkün keçidini nəzərə alaraq, fikrindən daşınıb. Əslində Milan klubu onu digər ölkə təmsilçilərindən birinə satmaq istəyirdi. Ancaq futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara İtaliyada qalmaq istədiyindən "Yuventus"la anlaşıblar.

 


Etiketlər:  Beş illik müqavilə milyon məvacib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ